Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Antalyada Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesinin sammiti keçirilib

 

 

“Rasizm, islamofobiya, anti-miqrant əhvali-ruhiyyəsi qlobal miqyas alaraq, milli təhlükəsizliyə təhdidə çevrilib. Cənub-Şərqi Avropa dövlətləri miqrant axınına biganə qala bilməzlər”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya şəhərində keçirilən Cənub-Şərqi Avropa Ölkələri Əməkdaşlıq Prosesinin (SEECP) sammitində çıxış edərkən bildirib. Xəbəri “Anadolu” agentliyi yayıb.

Dövlət başçısı qeyd edib ki, 25 yaşı olan SEECP yarandığı ilk gündən dialoq və tərəfdaşlıq üçün mühüm regional platformaya çevrilib. Təşkilata üzv ölkələr tez və səmərəli şəkildə avroat­lantik məkana inteqrasiya olunmağa çalışır və bir-birilə hərtərəfli əlaqələr qururlar.

Türkiyə Prezidenti çıxışında ölkəsinin Avropa İttifaqı ilə münasibətləri məsələsinə də toxunub. Bildirib ki, Av­ropa İttifaqı rəhbərliyi tərəfindən üzvlük məsələsi ilə əlaqədar uzun illər boyu Ankara qarşısına qərəzli və əsassız tələblər irəli sürülməsinə baxmayaraq, Türkiyə dövləti öz məqsədinə çatmaqda israrlıdır. Bununla bərabər, R.T.Ərdoğan xatırladıb ki, Türkiyəni öz sıralarına qəbul etmədən Avropa İttifaqı dünyanın güc və cazibə mərkəzlərindən birinə çevrilə bilməz. Buna görə də Avropa İttifaqı rəhbərliyi “strateji korluq”dan, nəhayət, qurtularaq, bu istiqamətdə Türkiyəyə qarşı pozitiv gündəm ortaya qoymalıdır.

Sammitdə Türkiyənin Suriyadan və digər Yaxın Şərq ölkələrindən Avro­paya kütləvi qaçqın axınının qarşısı­nın alınmasında mühüm rol oynadığı qeyd olunub. Eyni zamanda, Türkiyə hökumətinin pandemiya ilə qlobal mübarizə çərçivəsində uğurlu fəaliyyəti yüksək dəyərləndirilib.

Türkiyə Prezidenti R.T.Ərdoğan tədbirdə iştirak edən Şimali Makedoni­yadan olan həmkarı Stevo Pendarovski, Serbiya və Xorvatiyanın baş nazirləri Anna Brnabiç və Andrey Plenkoviç, eləcə də, Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri ilə görüşərək geniş müzakirələr aparıb.

Qeyd edək ki, bu il iyulun 1-də Türkiyə SEECP təşkilatına sədrliyi Yunanıstana təhvil verəcək.

M.HACIXANLI, “Xalq qəzeti”

19 İyun 2021 00:57 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə