Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Buta Airways"Alanyaya uçuşların sayını artırır

 

 

Azərbaycanın "Buta Airways" aşağıbüdcəli aviadaşıyıcısı kurort şəhəri Alanyaya xüsusi uçuşların sayını həftədə beş dəfəyədək artırır.

Şənbə günləri həyata keçirilən reyslərdən əlavə iyulun 4-dən etibarən bu istiqamət üzrə uçuşlar çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri də həyata keçiriləcəkdir.

Ölkədəki epidemioloji vəziyyətlə əlaqədar tətbiq olunan məhdudiyyətləri və qaydaları nəzərə alaraq aviaşirkət biletləri yalnız iki tarif üzrə təklif edir – "Stan­dart" və "Super". Hər iki tarifə ödənişsiz olaraq yer seçimi və hava limanında qeydiyyat opsiyaları daxildir.

Həmin uçuşlara biletləri daşıyıcının rəsmi saytın­dan ("Super" və "Standart" tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olun­muş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür.

Aviabiletlərin dəyəri 55 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə Heydər Əliyev Beynəlxalq Aeropor­tunun 1-ci Terminalında xidmət göstəriləcəkdir.

Bakı-Alanya istiqaməti üzrə reysin sərnişinləri:

– Türkiyə ərazisinə giriş hüququna malik olma­lıdılar. Pandemiya dövründə Türkiyəyə giriş qaydaları ilə aviaşirkətin saytında aşağı­dakı keçid vasitəsilə tanış ola bilərsiniz: https://www.butaair­ways.az/az/covid/turkey

Alanya-Bakı istiqaməti üzrə reysin sərnişinləri:

– Azərbaycan ərazisinə giriş hüququnun olub-ol­madığını yoxlamalıdırlar. Azərbaycan ərazisinə giriş şərtləri ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz: https://www.butaair­ways.az/az/covid/azerbaijan

– Koronavirus (COVID-19) infeksiyasına dair PCR-testin neqativ nəticəsi barədə arayışa malik olmalıdır­lar. Türkiyədə koronavirus (COVID-19) infeksiyasına dair testdən keçə biləcəyiniz klinikaların siyahısı aviaşirkətin saytında dərc edilmişdir: https://www.butaairways.az/az/covid/azerbaijan

“Buta Airways” aviaşirkətinin mətbuat xidməti bildirir ki, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə və ölkədəki epidemioloji vəziyyətlə əlaqədar olaraq sərnişinləri qarşılayan və yola salan vətəndaşlar aerovağzal binasına buraxıl­mayacaq.

“Xalq qəzeti”

19 İyun 2021 00:54 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 Avqust 2021 | 12:47
AMB-nin valyuta məzənnələri
2 Avqust 2021 | 09:32
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə