Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü videokonfrans formatında keçirilib

 

 

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-dən verilən məlumatda bildirilir ki, “Azərbaycan Respublikası Höküməti və Rusiya Federasiyası Höküməti arasında Samur transsərhəd çayının su ehtiyatlarının səmərəli istifadəsi və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişə” əsasən yaradılan Samur transsərhəd çayının su ehtiyatlarının bölünməsi üzrə Azərbaycan-Rusiya Birgə Komissiyasının 20-ci görüşü keçirilib.

Görüş Covid-19 karonavi­rus pandemiyası ilə əlaqədar Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-də videokonf­rans şəklində keçirilib.

Azərbaycan-Rusiya Birgə Komissiyasının Azərbaycan tərəfindən həmsədri, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyevin rəhbərliyi ilə keçirilən iclasda Səhmdar Cəmiyyətin şöbə müdirləri Əjdər Cavadov, Elxan Hüse­yinov və komissiyanın üzvləri Azərbaycan Respublikası­nın Xarici İşlər Nazirliyinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanın­da Əmlak Məsələləri Dövlət Xidmətinin, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.

Videokonfrans şəklində keçirilən görüşdə bir sıra məsələlər müzakirə edilmiş­dir. Belə ki, Samur çayının su ehtiyatlarının iki ölkə arasında bölgüsü və monitorinqi, Samur Hidroqovşağının birgə istismarı və digər məsələlərə baxılmış­dır. Müzakirələrin nəıticəsində görüləcək tədbirlər barədə birgə müvafiq protokol imza­lanmışdır.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

19 İyun 2021 00:25 - İQTİSADİYYAT
İQTİSADİYYAT
2 Avqust 2021 | 12:47
AMB-nin valyuta məzənnələri
2 Avqust 2021 | 09:32
Neft ucuzlaşıb

Köhnə versiyamızdan xəbərləri izlə