Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya ilə Türkiyə arasında aviasiya əlaqəsi iyulun əvvəlində bərpa oluna bilər

Rusiya iyul ayının əvvəlindən başlayaraq Türkiyə ilə aviasiya əlaqəsini bərpa edə bilər.

"Xalq qəzeti" AZƏRTAC-a istinadla xəbər verir ki, hazırda Türkiyədə epidemioloji vəziyyətin sabitləşməsi ilə əlaqədar bu ölkə ilə müntəzəm və çarter reyslərinə tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi məsələsi müzakirə olunur. Məlumatlı mənbənin verdiyi məlumata görə, yekun qərar riskləri qiymətləndirən Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı tərəfindən veriləcək.

Qeyd edək ki, koronavirusun yayılması səbəbindən Rusiya aprelin 15-dən iyunun 1-dək Türkiyə ilə sərnişin aviadaşımalarını məhdudlaşdırıb. Mayın 31-də Rusiyanın koronavirusla mübarizə üzrə operativ qərargahı COVID-19 infeksiyası ilə bağlı ağır epidemioloji vəziyyət səbəbindən Türkiyə və Tanzaniyaya uçuşların dayandırılması barədə qərarını iyunun 21-nə qədər uzadıb.

18 İyun 2021 17:52 - İQTİSADİYYAT
İQTİSADİYYAT
25 İyul 2021 | 01:42
Həftəsonu neftin qiyməti
24 İyul 2021 | 11:05
Neft bahalaşıb

Köhnə versiyamızdan xəbərləri izlə