Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 60 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Xalq qəzeti"nə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 335 399 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 329 339 nəfər müalicə olunaraq sağalıb, 4 961 nəfər vəfat edib, aktiv xəstə sayı 1099 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 953, ötən müddət ərzində isə ümumilikdə 3 661 027 test aparılıb.

18 İyun 2021 16:45 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə