Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

MSK-ya hesabat təqdim edən siyasi partiyaların sayı 50-yə çatıb

Azərbaycanda daha 5 partiya tərəfindən maliyyə hesabatı Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.

"Xalq qəzeti" xəbər verir ki, Müasir Müsavat Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Həmrəylik Partiyası (MHP), Vahid Azərbaycan Milli Birlik Partiyası, Milli Konqres Partiyası və Milli Qurtuluş Partiyası maliyyə hesabatını MSK-ya təqdim edib.

Bununla da, MSK-ya hesabat təqdim edən siyasi partiyaların sayı 50-yə çatıb.

Xatırladaq ki, ötən il dövlət qeydiyyatında olan 12 partiya - Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Milli Demokrat İdrak Partiyası, Müstəqil Azərbaycan Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Milli Dövlətçilik Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Demokrat Sahibkarlar Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Vahid Kommunist Partiyası, Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP) MSK-ya maliyyə hesabatı təqdim etməyib.

Qeyd edək ki, siyasi partiyaların Mərkəzi Seçki Komissiyasına (MSK) 2020-ci il üzrə maliyyə hesabatı təqdim etmələri üçün nəzərdə tutulan müddət aprelin 1-də başa çatıb.

Xatırladaq ki, qanunvericiliyə əsasən, MSK aprelin 1-dək illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

18 İyun 2021 16:20 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə