Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN Masallıda “Meşələri yanğından qoruyaq” mövzusunda tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları Masallı rayonu ərazisində Yiyəkənd meşəbəyliyinin 10 saylı dolayında “Meşələri yanğından qoruyaq” mövzusunda maarifləndirmə tədbiri keçirib.

"Xalq qəzeti" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, tədbirdə Masallı regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılarına ilkin yanğınsöndürmə alət və vasitələrindən istifadə üsulları, meşələrdə və meşələrə yaxın ərazilərdə yerləşən ictimai-iaşə obyektlərində yanğın təhlükəsizliyi qaydaları barədə geniş məlumat verilib, yanğın təhlükəsizliyinə dair təşviqat xarakterli stendlər nümayiş olunub və mövzu ilə bağlı suallar cavablandırılıb.

Tədbirin sonunda iştirakçılara yanğın təhlükəsizliyi mövzusunda yaddaş kitabçaları paylanılıb.

18 İyun 2021 15:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə