Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“SABAH” qruplarına tələbə seçiminə start verilir

2021-2022-ci tədris ili üzrə “SABAH” qruplarının bakalavriat səviyyəsinə tələbə seçimi müsabiqəsinə start verilir.

Təhsil Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, müsabiqədə nazirliyin tabeliyindəki ali təhsil müəssisələrindən müəyyən edilmiş ixtisaslar üzrə I kursda əyani formada təhsil alan, I tədris ilinin I semestrinin nəticələrinə görə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 61-dən aşağı olmayan Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər.

Qeyd edək ki, namizədlərin qiymətləndirilməsi həm də ali təhsil müəssisələrinə qəbul balı əsasında aparıldığından yalnız Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahan yolu ilə ali təhsil müəssisəsinə qəbul olunmuş şəxslər müsabiqədə iştirak edə bilərlər.

18 İyun 2021 15:19 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə