Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tələbə krediti tələbənin təhsil aldığı ali təhsil müəssisəsinə ödəniləcək

Təhsil Tələbə Kredit Fondu tərəfindən ödənilən kredit birbaşa tələbənin özünə deyil, onun təhsil aldığı ali təhsil müəssisəsinə ödəniləcək.

"Xalq qəzeti" xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev Təhsil Tələbə Krediti Fondunun yaradılması ilə bağlı keçirilən brifinqdə deyib.

Xatırladaq ki, əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyev “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması və fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb.

18 İyun 2021 11:36 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə