Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bu ilin beş ayında 732,6 min şəxsə sosial müavinət və təqaüd ödənilib

 

Bu ilin yanvar-may aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 732,6 min şəxsə sosial müavinət və Prezidentin aylıq təqaüdləri ödənilib.  

 Nazirlikdən "Xalq qəzeti"nə verilən məlumata görə, onlardan 437,4 mini aylıq və birdəfəlik sosial müavinətlə, 295,2 mini Prezidentin aylıq təqaüdləri ilə təmin olunub.

Qeyd olunan müavinət və təqaüdlər üzrə əhaliyə ötən ilin müvafiq dövrünə nisbətən 6,7 faiz və ya 26,2 mln. manat çox olmaqla, 420,1 mln. manat ödənilib.

 

18 İyun 2021 10:39 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə