Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiyada COVID-19 virusuna yoluxma yenə artıb

 

 

Rusiya Federal Operativ Qərargahının məlumatına görə, son sutka ərzində ölkənin 85 regionunda 14 min 57 nəfər koronavi­rus infeksiyasına yoluxub ( ötən sutka bu göstərici 13 min 397 nəfər olub). 416 nəfər COVID-19 virusunun qurbanı olub ( ötən sut­ka bu göstərici 396 nəfər olub). 11 min 905 nəfər sağalaraq evə buraxılıb ( ötən sutka bu göstərici 10 min 251 nəfər olub).

Son 24 saat ərzində Rusiyanın paytaxtı Moskvada 6 min 191 nəfər koronavirus infeksiyasına yoluxub (ötən sut­ka bu göstərici 5 min 782 nəfər olub). 73 nəfər vəfat edib (ötən sutka bu göstərici 75 nəfər olub). 3 min 635 nəfər sağalıb.

Beləliklə, pandemiya başlanandan indiyədək Rusiyada 5 milyon 264 min 42 nəfər COVID-19 virusuna yoluxub. 127 min 992 nəfər koronavirus infeksiyasının qurbanı olub. 4 milyon 839 min 705 nəfər sağalaraq evə buraxılıb.

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

18 İyun 2021 01:30 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə