Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Koronavirusun yeni ştammı sürətlə yayılır

 

 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun “Lambda” adlandırılan yeni ştammı ilə bağlı yaydığı məlumatda bildirilir ki, yeni ştamm artıq dünyanın 29 ölkəsində aşkarlanıb.

 

Qurumun məlumatında görə, “Lambda” ştammı virusun yoluxma qabiliyyətini və ya onun anticisimlərə qarşı müqavimətini artıra biləcək mutasi­yalara malikdir. Lakin qurum yeni ştamm barədə kifayət qədər məlumatın olma­dığını və onun daha yaxşı öyrənilməsi üçün əlavə tədqiqatlara ehtiyac duyuldu­ğunu bildirib.

Mütəxəssislər bildirir ki, “Lambda” ştammı ilk dəfə iyunun 14-də Peru­da qeydə alınıb. Ölkənin hakimiyyət orqanları göstərir ki, “Lambda” 2021-ci ilin aprelindən bəri ölkədə qeydə alınan yoluxma hallarının 81 faizini təşkil edib.

Cənubi Amerika materikinin digər bir ölkəsi olan Çilidə isə son 60 gündə qeydə alınan yoluxma hallarının 32 faizinə bu ştamm səbəb olub. Eyni zamanda,digər ölkələr, o cümlədən Argentina və Ekvador da yeni ştammın yüksək yoluxuculuq təsirinə məruz qalıb. O, yoluxuculuğuna görə yalnız ilk dəfə Braziliyada aşkarlanan “Gam­ma” ştammından geri qalır. Dünya KİV-lərinin barəsində tez-tez yazdığı “narahatlıq yaradan” variantlardan fərqli olaraq, “maraq doğuran” variantlar tibbi təşkilatlar tərəfindən izlənilsə də, hələlik ictimai sağlamlıq üçün ciddi təhlükə ya­radan variantlar kimi tanınmayıb. Buna “Delta” ştammını misal göstərmək olar. İlk dəfə Hindistanda aşkarlanan və “ma­raq doğuran” variant adlandırılan ştamm dünyada sürətlə yayıldığı üçün 2021-ci il mayın 11-də ÜST tərəfindən “narahatlıq yaradan” variant kimi qeydə alınıb.

Xatırladaq ki, 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni ko­ronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını apa­ran Worldometer saytının məlumatına əsasən, iyunun 17-dək dünyada 177 milyon 827 mindən çox yoluxma və 3 milyon 849 mindən çox ölüm faktı qeydə alınıb, 162 milyon 338 min nəfər isə COVID-19 xəstəliyindən sağalıb. Müalicəsi davam edən 11 milyon 640 min xəstədən 82 mininin vəziyyəti ağır qiymətləndirilir.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

18 İyun 2021 01:29 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 Sentyabr 2021 | 00:21
Kosmonavtlar Yerə qayıdıblar
18 Sentyabr 2021 | 23:24
Qasırğa fəsadlar törədib
18 Sentyabr 2021 | 23:24
Mum heykəllər muzeyi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə