Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə Cənub-Şərqi Avropada əməkdaşlıq məsələləri müzakirə edilib

Cənub-Şərqi Avropa ölkələri bütün problemləri dialoq yolu ilə həll etməyə çalışır, bu isə danışıq meydanlarının, o cümlədən, Cənub-Şərqi Avropada əməkdaşlıq prosesinin (SEECP) əhəmiyyətini ar­tırır. Bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Anadolu” agentliyinin verdiyi məlumata görə, Çavuşoğlu SEECP ölkələri xarici işlər nazirlərinin Antalyada keçirilən iclasında bildirib ki, dövlətlər aralarındakı problemləri vasitəçilərsiz nizamlamaq imkanına malikdirlər.

Türkiyə XİN başçısının sözlərinə görə, təşkilatın fəaliyyət göstərdiyi 25 il ərzində Türkiyə üç dəfə SEECP-ə sədrlik edib və Anka­ranın xətti ilə 40 müxtəlif tədbir təşkil olunub. O, diqqəti Avropa İttifaqının tərkibinə daxil olmamış Avropa ölkələrinin yaxınlaşması istiqamətində güclənən səylərə yönəldib.

Çavuşoğlu, eyni zamanda, təşkilata daxil olan ölkələrin iqtisadi sahədə, o cümlədən, ticarət və viza rejiminin sadələşdirilməsi məsələlərində maneələri aradan qaldırması­nın əhəmiyyətini qeyd edib: “Ankara təşkilata üzv ölkələrin Avroatlantik strukturlara inteqra­siyasını əhəmiyyətli hesab edir. Bizim ümu­mi məqsədimiz Aİ-yə daxil olma prosesinin asanlaşdırılmasıdır. Avropa İttifaqı o zaman qlobal oyunçuya çevrilə bilər ki, bütün cənub-şərqi Avropa ölkələrini öz tərkibinə qəbul etmiş olsun”.

Türkiyəli nazir təşkilat daxilində, Xüsusilə Serbiya və Kosovo arasında fikir ayrılıqlarının aradan qaldırılmasının vacibliyini bildirib. Bu istiqamətdə Türkiyə hər cür dəstək göstərməyə hazırdır.

Dünən SEECP-də müzakirələr dövlət və hökumət başçılarının sammiti formatında da­vam etdirilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da tədbirə qatılıb.

Xatırladaq ki, təşkilata Türkiyə, Albaniya, Bosniya və Hersoqovina, Bolqarıstan, Xorvati­ya, Çernoqoriya, Kosovo, Şimali Makedoniya, Moldova, Rumıniya, Serbiya, Sloveniya və Yunanıstan daxildir.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

18 İyun 2021 01:27 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 Sentyabr 2021 | 00:21
Kosmonavtlar Yerə qayıdıblar
18 Sentyabr 2021 | 23:24
Qasırğa fəsadlar törədib
18 Sentyabr 2021 | 23:24
Mum heykəllər muzeyi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə