Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC AÇIQ TENDER ELAN EDIR

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC

subartezian quyularında avtomatlaşdırılmış idarəetmə (SCADA) sistemlərinin quraşdırılmasının və internetin təmin edilməsinin (180 quyu) satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIR

 

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiy­yatı işlər üzrə ixtisas uyğunluğu.

Tenderlə əlaqədar məlumat almaq üçün əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs – Emin Quliyev.

Ünvan - Bakı şəhəri, Moskva prospekti 69a.

Tikilməkdə olan meliorasiya və irriqasiya obyektlərinin birləşmiş müdiriyyəti

E-mail: [email protected]

Telefon -431-08-64; faks 430-79-57.

Maraqlananlar tenderin əsas şərtlər toplusu­nu almaq məqsədilə elektron qaydada etender.gov.az internet portalında elan olunmuş obyekt üçün 200 (iki yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra əldə edə bilərlər.

Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

VÖEN - 1300300711

H/h- AZ 10 IBAZ 380700194497 16100216

“Azərbaycan Beynəlxalq Bankı”nın Yasamal filialı

M/h -AZ03NABZ01350100000000002944,

VÖEN -9900001881,

SWIFT : IBAZAZ2Х (AZIPS-in üzvü)

Malgöndərənlər tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;

- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında arayış ;

- son maliyyə dövrünə olan məlumatı əks etdirməklə malgöndərənin fəaliyyəti haqqında vergi orqanları tərəfindən maliyyə hesabatının surəti;

- maliyyə vəziyyəti barədə bank arayışı;

- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının vergi məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haq­qında arayış;

- qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri, dövlət reyestrindən çıxarışın, nizamnamənin və şəhadətnamənin surəti;

- lisenziya və xarici şirkətlər tenderdə iştirak etdikdə onların Azərbaycan nümayəndəliyinin olmasını təsdiq edən sənədlər;

- iddiaçının mikro, kiçik, orta və iri sahibkar­lıq subyektlərinə aid olması ilə bağlı məlumat. Arayış Dövlət Statistika Komitəsindən alınır (son dövr üçün) ;

- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində cinayətə görə məhkum olun­maması barədə məlumatlar;

- tender təklifini və satınalma müqaviləsini imzalamaq səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təstiq edən sənəd;

- tender təklifi (tender təklifi zərflərin açıl­dığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

- tender təklifinin birinci əlavəsi kimi ten­der təklifinin ümumi qiymətinin 1(bir) faizi məbləğində tender təklifinin təminatı (tender təklifi zərflərin açıldığı gündən sonra ən azı 60 (altmış) bank günü çox olmalıdır.

İddiaçılar qeyd olunan sənədləri 12 iyul 2021-ci il saat 17.00-а qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçılar öz tender təkliflərini və bank təminatını elektron portal vasitəsilə 23 iyul 2021-ci il saat 17.00-а təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim edilən təkliflər qəbul olunmayacaqdır.

Təklif zərfləri 23 iyul 2021-ci il saat 15.00-dа açılacaqdır .

Tender komissiyası

18 İyun 2021 01:13 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
18 Sentyabr 2021 | 00:32
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə