Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Saatlı Suvarma Sistemləri İdarəsi 2021-ci ildə cari təmir işləri üçün nasosların mexaniki avadanlıqlarının satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1. Cari təmir işləri üçün nasosların mexaniki avadanlıqlarının satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

– aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi və maliyyə vəziyyəti.

Bağlanmış müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maddi-texniki bazaya malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər 200 (iki yüz) manat məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu Saatlı şəhəri, H.Əliyev prospekti 235, Saatlı Suvarma Sistemləri İdarəsindən (əlaqələndirici şəxs – Umudəli Umudovdan, telefon – 0-2128-5-20-19) ala bilərlər.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Dövlət Xəzinədarlığı Agentliyi

H/h – AZ 11CTRE 00000000000002354501

VÖEN – 6700035821

Fond – 7, maddə – 142330

XHK – 004061

Kod – 210005

VÖEN – 1401555071

M/h – AZ41NABZ 01360100000000003944

SWİFT CTRE AZ

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keç­diyi ölkə və rekvizitləri.

-müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunma­lıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 19 iyul 2021-ci il saat 17.00-a, tender təklifi və bank təminatını isə 29 iyul 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 30 iyul 2021-ci il saat 17.00-da açılacaqdır. İddia­çılar açılışın nəticəlri ilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, təkliflərin qiymətləndirilməsi və digər bütün prosedurlar elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

18 İyun 2021 01:12 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2021 | 08:41
BİLDİRİŞ
23 İyul 2021 | 06:40
BİLDİRİŞ
23 İyul 2021 | 06:38
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə