Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azercell”in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə son 5 ayda 2 mindən çox müraciət daxil olub

 

 

On bir ildən artıqdır ki, “Azercell”in, UNİCEF Azərbaycanın və “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin birgə əməkdaşlığı ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti” xidməti yarandığı ilk gündən həmyaşıdları ilə problem yaşayan, psixoloji və mənəvi yardıma ehtiyacı olan uşaqlara dəstək verir, onların sosial mühitə uyğun­laşmalarına yardım edir.

Xidmət bu ilin yanvar-may aylarında 2386 müraciəti cavablandırıb. Zənglərin böyük qismi (793 müraciət) təhsil sahəsinə aid olub. Beş ay ərzində qaynar xəttin ekspertləri hüquqi prosedurlara dair 481 müraciət qəbul ediblər. Yerdə qalan zənglər psixoloji (340 müraciət), sosial (236 müraciət), səhiyyə (137 müraciət) və digər məsələlərlə əlaqədar (399 müraciət) yardım istəyi olub.

“Uşaq Qaynar Xətti” xidmətinə yalnız uşaq­lar deyil, onların valideynləri və yaxınları da müraciət edir. Belə ki, yanvar-may aylarında mərkəzə daxil olan zənglərin 1772-si 18 yaş­dan yuxarı, 506-sı isə uşaq və yeniyetmələr tərəfindən edilib. Yardım istəyənlərin 1203 nəfəri qadın, 1075-i kişi olub. Həmçinin mərkəzə sosial şəbəkələr üzərindən anonim formada müraciətlər edənlər də olub. Son 5 ay ərzində qaynar xətt tərəfindən 34 ailə ilə görüş həyata keçirilib, 94 sosial-psixoloji reabilitasiya işi aparılıb.

Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində “Azərbaycan Uşaq Qaynar Xətti” xidməti tərəfindən onlayn vebinar və canlı yayımlar təşkil edilib. “Yeniyetməlik dövrünün psixoloji və fizioloji aspektləri” mövzusunda canlı ya­yım, yeniyetmə və gənclər üçün “İntihara son deyək!”, “Özünü yalnız hissetmə sindromu” ve­binarları sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanıb.

Bu müddət ərzində uşaq və yeniyetmələr üçün “Klinik müsahibələr”, eləcə də "Uşaq­lar və Ailələrlə sosial iş və reabilitasiyanın təşkili" təlimləri baş tutub. “Uşaq Qaynar Xətti” xidmətinin iştirakı ilə həm də ZOOM platfor­masında uşaq zorakılığına qarşı mübarizəyə həsr olunmuş 10 günlük beynəlxalq təlim keçirilib. Həmçinin sosial şəbəkələr üzərindən maarifləndirmə kampaniyaları da davam etdirilib.

Xatırladaq ki, 2017-ci ildə “Azercell” şirkətinin təşəbbüsü və dəstəyi ilə “Uşaq Qay­nar Xətti” xidmətinin İOS və Android əməliyyat sistemləri üçün nəzərdə tutulan mobil tətbiqləri də istifadəyə verilib. “Azərbaycan Uşaq Qay­nar Xətti”xidmətinə 24 saat xidmət göstərən 116111 qısa nömrəsi, +994 50 680 22 80, +994 51 580 22 80, +994 51 880 11 80, +994 51 880 22 80 mobil nömrələri, elektron poçt, Facebook və Instagram sosial şəbəkələri, mərkəzin saytındakı canlı çat və “uşaqqaynar­xetti” mobil əlavəsi vasitəsilə müraciət etmək olar.

“Xalq qəzeti”

18 İyun 2021 01:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2021 | 08:41
BİLDİRİŞ
23 İyul 2021 | 06:40
BİLDİRİŞ
23 İyul 2021 | 06:38
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə