Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

№ 170             Bakı şəhəri, 14 iyun 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabi­netinin “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” 2005-ci il 22 mart tarixli 50 nömrəli və “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə” 2017-ci il 20 yanvar tarixli 10 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasına uyğun olaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2005-ci il 22 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 3, maddə 257; 2006, № 1, maddə 59; 2007, № 9, maddə 922; 2009, № 10, maddə 846; 2010, № 11, maddə 1039; 2011, № 5, maddə 442; 2013, № 6, maddə 760; 2015, № 9, maddə 1074, № 12, maddə 1595; 2016, № 3, maddə 612, № 6, maddə 1225, № 10, maddə 1728; 2017, № 9, maddə 1746, № 12 (II kitab), maddə 2541; 2018, № 7 (II kitab), maddə 1664, № 9, maddə 1941; 2019, № 3, maddə 561, № 4, maddələr 752, 755, № 7, maddə 1350; 2020, № 5, maddə 654) ilə təsdiq edilmiş “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 9.2.9-cu yarımbəndinə “girov” sözündən sonra “(ipoteka)” sözü əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabi­netinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunve­ricilik Toplusu, 2017, № 1, maddə 124; 2020, № 5, maddə 635) ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqo­riyadan digərinə keçirilməsi Qaydaları”nın 1.3-cü bəndində “girov qoyulması (ipotekası)” sözləri “ipotekası” sözü ilə əvəz edilsin.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə