Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

FHN: Bu gün müxtəlif şəhər və rayonlarda baş vermiş yanğınlar operativ qaydada söndürülüb - VİDEO

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri gün ərzində ölkə ərazisində bir neçə istiqamətdə açıq sahələrdə baş vermiş yanğınların söndürülməsi əməliyyatlarına cəlb olunub.

FHN-dən "Xalq qəzeti"nə verilən məlumata görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında gün ərzində respublikanın müxtəlif şəhər və rayonlarında, o cümlədən Bakı şəhərinin Sabunçu, Yasamal və Suraxanı rayonları, Abşeron, Lənkəran, Siyəzən, Quba, Qusar, Xaçmaz, Şabran, İmişli, Sabirabad, Bərdə, Tovuz, Neftçala rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar Nazirliyin müvafiq qüvvələri tərəfindən operativ qaydada söndürülüb.

Nazirliyin qüvvələri tərəfindən Xaçmaz, Quba və Şabran rayonlarında açıq sahələrdə, o cümlədən quru ot, kol-kos, biçilmiş və biçilməmiş taxıl sahələri və meşəlik ərazidə baş vermiş yanğınlarla mübarizə hazırda davam etdirilir.

Şimal zonasındakı yanğınların qısa müddətdə söndürülməsi məqsədilə FHN-in ümumilikdə 270 nəfərdən ibarət şəxsi heyəti və 26 ədəd texnikası, o cümlədən 1 ədəd helikopteri cəlb olunub. İsti və küləkli hava yanğınları yayaraq söndürülməsini çətinləşdirir. Bir sıra ərazilərdə mürəkkəb relyef şəraiti də yanğınsöndürmə işlərinə mane olur. Qeyd edək ki, yanğınların baş verməsinə səbəb kimi insan faktoru əsas hesab olunur. Hazırda yanğınların başvermə səbəbləri araşdırılır.

17 İyun 2021 23:39 - EKOLOGİYA
EKOLOGİYA
2 Avqust 2021 | 18:57
Sabahın hava proqnozu
31 İyul 2021 | 18:19
Sabaha olan hava proqnozu
29 İyul 2021 | 18:08
Sabahın HAVA PROQNOZU

Köhnə versiyamızdan xəbərləri izlə