Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Boksçularımız Avropa çempionatında iştirak edirlər

İyunun 17-də İtaliyanın Rozeto-deli-Abrutstsi şəhərində 22 yaşadək boksçular arasında Avropa çempionatı start götürüb.

"Xalq qəzeti" xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Çempionatda gənclərdən ibarət yığmamızın baş məşqçisi Əsgər Eyvazov, məşqçilər Əli İsmayılov və Şahin İmranovun rəhbərliyi altında 7 boksçu mübarizə aparacaq.

Komandamızın heyətində Əli Zamanov (52 kq), Masqud Xasmetov (56 kq), Cəlal Qurbanov (60 kq), Ruslan Rüstəmov (64 kq), Sərxan Əliyev (69 kq), Mirşərif Kazımzadə (75 kq) və Murad Allahverdiyev (81 kq) yer alıblar.

Azərbaycanı qitə birinciliyində hakim kimi Fuad Aslanov təmsil edir.

Turnir iyunun 24-də başa çatacaq.

17 İyun 2021 15:47 - İDMAN
İDMAN
21 Sentyabr 2021 | 00:04
Milli komanda Avropa çempionu olub
18 Sentyabr 2021 | 23:35
Həftənin ən yaxşı futbolçusu
17 Sentyabr 2021 | 00:18
Rekord təkrarlanıb

Köhnə versiyamızdan xəbərləri izlə