Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ceyhun Bayramov Türkiyəyə yola düşüb

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyə Respublikasına yola düşüb.

Bu barədə "Xalq qəzeti"nə Azərbaycan Xarici işlər Nazirliyi Mətbuat xidməti idarəsindən məlumat verilib.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun Antalya Diplomatiya Forumunda çıxışı, habelə həm Türkiyə tərəfinin rəsmiləri, həm də Forumda iştirak edən xarici nümayəndələr ilə çoxsaylı ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

17 İyun 2021 15:09 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə