Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alır:

“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanu¬nunda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, № 1, maddə 1; 1995, № 17-18, maddə 282; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 7, maddə 444; 2004, № 2, maddə 57, № 4, maddə 199; 2008, № 10, maddə 886; 2011, № 2, maddə 71; 2013, № 2, maddə 95; 2016, № 1, maddələr 14, 19; 2017, № 4, maddə 518, № 11, maddə 1949; 2018, № 7 (I kitab), maddə 1403) aşağıdakı dəyişikliklər edilsin:

1. 23-cü maddədə “motorlu və motorsuz” sözləri “mühərrikli və mühərriksiz” sözləri ilə əvəz edilsin.

2. 25-ci maddə üzrə:

2.1. 3-cü, 4-cü və 5-ci bəndlərdə “motorlu və motorsuz” sözləri “mühərrikli və mühərriksiz” sözləri ilə əvəz edilsin;

2.2. 7-ci bənd üzrə:

2.2.1. birinci abzasda “motorlu və motorsuz” sözləri “mühərrikli və mühərriksiz” sözləri ilə əvəz edilsin;

2.2.2. ikinci abzas ləğv edilsin.

3. Aşağıdakı məzmunda 7-1-ci bənd əlavə edilsin:

“7-1) Bu maddənin 2-ci bəndinin dördüncü abzası və 7-ci bəndi nəzərə alınmaqla, dənizə çıxarkən balıqçılıq təyinatlı mühərrikli kiçik həcmli gəmilərlə sahildən on dəniz milinədək, digər üzmə vasitələri ilə isə sahildən iki dəniz milinədək uzaqlaşmağa yol verilir;”.

4. 37-ci maddənin 7-ci bəndinin “a” yarımbəndində “motorlu, motorsuz” sözləri “mühərrikli, mühərriksiz” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 may 2021-ci il

17 İyun 2021 13:45 - QANUNLAR
QANUNLAR
9 Avqust 2021 | 14:50
“Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 9 iyul tarixli 368-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin tətbiq edilməsi haqqında” 2001-ci il 19 iyul tarixli 541 nömrəli, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 may tarixli 371-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 6 iyul tarixli 669 nömrəli, “Dəniz limanları haqqında” Azərbaycan Respublikasının 2014-cü il 18 aprel tarixli 945-IVQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 20 aprel tarixli 395 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” 2014-cü il 14 may tarixli 161 nömrəli, “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 40-VQD nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 27 yanvar tarixli 751 nömrəli fərmanlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinin icrasının təmin edilməsi barədə” 2001-ci il 3 noyabr tarixli 594 nömrəli Fərmanının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Köhnə versiyamızdan xəbərləri izlə