Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda elektrik enerjisinin istehsalı artıb

Bu ilin may ayında ölkə üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,5 mln. kVt-saat artaraq 1 980,1 mln. kVt-saat olub.

Energetika Nazirliyindən "Xalq qəzeti"nə verilən məlumata görə, cari ilin yanvar-may aylarında isə elektrik enerjisinin istehsalı 10 928,0 mln. kVt-saat olub. Hesabat dövründə ötən ilin 5 ayına nisbətən elektrik enerjisinin istehsalı İES-lərdə 19,5 mln. kVt-saat artaraq 10 115,1 mln. kVt-saat, SES-lərdə 110,1 mln. kVt-saat artaraq 659,1 mln. kVt-saat, digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 2 mln. kVt-saat artaraq 153,8 mln. kVt-saat olub. Bu dövrdə külək elektrik stansiyalarında 39 mln. kVt-saat, günəş elektrik stansiyalarında 20,2 mln. kVt-st, bərk məişət tullantılarının yandırılması zavodunda 94,6 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 790,7 mln. kVt-saat (İES-lərdə 9 208,5 mln. kVt-saat, SES-lərdə 582,2 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 161,4 mln. kVt-saat (İES-lərdə 73,8 mln. kVt-saat, SES-lərdə 69,1 mln. kVt-saat, GES-də 18,5 mln. kVt-saat), müstəqil elektrik stansiyaları üzrə 947,6 mln. kVt-saat, “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında isə 28,3 mln. kVt-saat təşkil edib.

17 İyun 2021 10:11 - İQTİSADİYYAT
İQTİSADİYYAT
21 Sentyabr 2021 | 10:22
Neft bahalaşıb
21 Sentyabr 2021 | 09:52
AMB-nin valyuta məzənnələri

Köhnə versiyamızdan xəbərləri izlə