Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cənubi Koreya koreyalararası əlaqə xəttinin bərpasını tələb edib

 

 

Koreyalararası əlaqə kanallarının fəaliyyəti hər hansı ilkin şərt olmadan təcili bərpa edilməlidir. TASS informasiya agentliyinin yaydığı məlumata görə, bu bəyanatla Koreya Respublikasının Birləşmə Nazirliyinin rəsmi nümayəndəsi Seulda təşkil olunan brifinqdə çıxış edib.

 

O deyib: “Əlaqə kanalları daha vacib kommunikasiya vasitəsidir və hər iki Ko­reya əlaqəni saxlamaq barədə dəfələrlə razılaşma əldə edib”.

Qeyd edək ki, KXDR Cənubi Koreya­nın qeyri-hökumət təşkilatlarının fəalları tərəfindən hökumət əleyhinə vərəqələrlə dolu hava şarlarının ölkə ərazisinə göndərilməsinə cavab olaraq ötən il iyunun 9-dan etibarən Koreya Respub­likası ilə bütün rabitə xətlərini bağlayıb. QHT-lərin bu addımını ikitərəfli sülh sazişini pozan düşmənçilik hərəkəti kimi qiymətləndirən Pxenyan cavab tədbiri qismində koreyalararası əlaqə bürosun­dakı bütün telefonları, o cümlədən Şimal ilə Cənub hərbçiləri arasındakı rabitə kanallarını, habelə Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin binası ilə Koreya Respublikası Prezidentinin iqamətgahını birləşdirən qaynar xətti kəsib. Şimali Koreya, həmçinin sərhədyanı Keson şəhərində koreyalararası rabitə bürosu­nun yerləşdiyi binanı partladıb.

KXDR o vaxtdan bəri Cənubi Ko­reyanın danışıqların və əməkdaşlığın bərpası təkliflərinə cavab vermir.

Rövşən TOĞRUL, “Xalq qəzeti”

17 İyun 2021 06:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
24 İyul 2021 | 00:46
ÜST-ün təklifi rədd edildi
23 İyul 2021 | 06:49
Çində güclü daşqın

Köhnə versiyamızdan xəbərləri izlə