Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 2 (iki) lot üzrə keçiriləcəkdir.

Lot-3.Nasosların, hidrotexniki qurğuların təmiri üçün avadanlıq və ehtiyat hissələrinin satın alınması.

Lot-4. Nasos aqreqatlarının (1200V-6,3/63- 2 ədəd və D 5000/32 – 3 ədəd) təmiri və sazlanması işlərinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 30-na kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır.

Əlaqələndirici şəxs- Nəsibov Nizami Yusif oğlu.

Ünvan-Şəmkir rayonu, Seyfəli kəndi.

[email protected] Telefon- 050- 645- 06 -52.

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşağıda qeyd olunan hesaba hər bir lot üçün 100 (bir yüz) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Təşkilat- Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsi

Bank rekvizitləri:

Bank- Dövlət Xəzinədarlığı Agentliyi

• VÖEN-1401555071

• Kod- 210005

• M h- AZ41NABZ 01360100000000003944

S.W.İ.F.T- CTREAZ22

• Hh- AZ39CTRE 00000000000002353803

• VÖEN- 8501095811

Əlavə qeyd-Şəmkirçay Su Anbarı və Magistral Kanalların İstismarı İdarəsinin xüsusi hesabı

BSK-7 depozit və tapşırıqlar (mərkəzi)

BTK-142330

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi ten­der təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı – bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır).

1. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.

2. Bu sənədlərə aşağıdakılar daxildir:

3. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

4. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi.

Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb edilən sənədlərdə və formalarda təqdim olunma­lıdır).

Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanlarından arayışlar.

Vergilər Nazirliyi tərəfindən həmin iddi­açıların işçilərinin sayı, əmlakları, avadan­lıqları və lazımi texniki imkanlarının olması barədə rəsmi arayış.

Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış.

İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 6 iyul 2021-ci il saat 11.00-a kimi tender komissi­yasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini və bank təminatını 14 iyul 2021-ci il saat 18.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 15 iyul 2021-ci il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

17 İyun 2021 06:09 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Avqust 2021 | 00:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə