Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ucar Meliorasiya İdarəsi AÇIQ TENDER ELAN EDİR

Tender 1 lot üzrə keçirilir.

Lot-1.Ağdaş rayonunda kollektor­ların lildən təmizlənməsi və torpaq işlərinin satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https: //www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə da­xil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tenderdə işti­rak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Dövlət Xəzinədarlığı Agentliyi

Kod- 210005

VÖEN- 1401555071

SWIFT CTREAZ22

M/h- AZ41NABZ 01360100000000003944

Adı- Ucar Meliorasiya İdarəsi

H/h-AZ53CTRE 00000000000002351902

VÖEN-7400067121

İddiaçılar tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təqdim etməlidirlər.

1.Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

2. Tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).

3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).

4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış; (arayışların əslləri və tarixləri tender elanından sonra olmalıdır).

5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

7. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

8. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcumə edilməlidir.) İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaq­la) 8 iyul 2021-ci il saat 10.00-a, təklif və bank zəmanətını isə 16 iyul 2021-ci il saat 10.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 19 iyul 2021-ci il saat 10.00-da açılacaqdır.

İddiaçılar açılışın nəticələri ilə portal vasitəs ilə tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün pro­sedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

17 İyun 2021 06:33 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2021 | 08:41
BİLDİRİŞ
23 İyul 2021 | 06:40
BİLDİRİŞ
23 İyul 2021 | 06:38
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə