Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Baklift-3” İxtisaslaşdırılmış İstehsalat İdarəsi liftlərə ehtiyat hissələrinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 lot üzrə keçirilir.

Lot - 1. Liftlərə ehtiyat hissələrinin satın alınması.

Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun yuxarıda göstərilən tender predmeti üzrə öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər.

Təkliflərin qiymətləndirilməsi zamanı aşağıdakı meyarlara üstünlük veriləcəkdir:

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, iddiaçının maliyyə vəziyyəti və maddi-texniki bazası.

Müqavilədə bütün malların və onlarla bağlı xidmətlərin mənşəyi və ha­rada istehsal olunmaları bildirilməlidir. Tenderlə əlaqədar məlumat almaq üçün maraqlananlar elektron qaydada əlaqələndirici şəxsə müraciət edə bilərlər.

İştirak haqqı 100 (bir yüz) manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

Ünvan- Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 97.

Əlaqələndirici şəxs- Əliyev Fərhad Əli oğlu

Telefon- ( 012 ) 3791174.

Email : [email protected]

İddiaçılar iştirak haqqını aşağıdaki hesaba köçürməlidirlər:

Bank- “ABB”-nin Nərimanov filialı

Kod-805540

VÖEN-9900001881

M/h- AZ03NABZ01350100000000002944

H/h- AZ35İBAZ38030019449783431206

VÖEN- 2000310381

S.W.I.F.T: IBAZAZ2X

Tenderdə iştirak etmək üçün aşağıdakı sənədlər “Baklift-3” İxtisaslaşdı­rılmış İstehsalat İdarəsinin tender komissiyasına təqdim edilməlidir:

- tenderdə iştirak etmək üçün ərizə;

- tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

- tender təklifi (zərflərin açıldığı gündən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

- tender təklifi qiymətinin 1 faizi həcmində bank təminatı (zərflərin açıl­dığı gündən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;

- iddiaçının son 1 ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- iddiaçının son 1 il ərzində maliyyə vəziyyəti haqqında bank arayışı;

- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdi­yi ölkə və rekvizitləri;

- iddiaçının müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

İddiaçılar öz təkliflərini əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun olaraq hazırlamalı, tenderdə iştirak üçün sənədləri (tender təklifi və təklifin bank təminatı istisna olmaqla) 26 iyul 2021-ci il saat 17.30-a, tender təklifini və təklifin bank təminatını isə 3 avqust 2021-ci il saat 17.30-dək dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalında nəzərə alınmayacaqdır.

İddiaçıların təklifləri 4 avqust 2021-ci il saat 17.30-da açılacaqdır. Təkliflərin açılışı dövlət satınalmalarının vahid internet portalında virtual iclas formatında aparılacaqdır. İddiaçılar açılışın nəticəsi ilə dövlət satınal­malarının vahid internet portalında tanış ola bilərlər.

QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

17 İyun 2021 06:05 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
3 Avqust 2021 | 00:50
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə