Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qardaş ölkələrin tarixinin şərəfli səhifəsi

 

 

Nəhayət, hər birimizin intizarla gözlədiyi tarixi hadisə baş verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdi. Türkiyə Vətən müharibəsində elə ilk saatlardan Azərbaycanın yanında olduğunu bildirdi və ölkəmizə mənəvi-siyasi dəstək verdi. Hazırda işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinə də məhz dost ölkələrin şirkətləri cəlb olunur.

Türkiyə Prezidentinin Azəbaycana bu səfəri xüsusilə önəmlidir və strarteji əhəmiyyət kəsb edir: Prezident R.T. Ərdoğanın Şuşaya səfərə gəlməsi iki ölkənin Vətən müharibəsindəki Zəfərin sevincini birgə yaşa­masını bir daha təsdiqləyir. Onu da qeyd edim ki, Rəcəb Tayyib Ərdoğan ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad edilən Şuşaya səfər edən ilk xarici ölkə prezidentidir və bu, tamamilə təbiidir. Türkiyənin dövlət başçısının xarici ölkə liderləri arasında ilk olaraq Şuşaya səfərə gəlməyə tam mənəvi haqqı var. Bir sözlə, bu səfər iki ölkə arasında­kı əlaqələrin qardaşlıq münasibətləri üzərində qurulduğunu nümayiş etdirir.

Cənab Ərdoğanın Şuşaya səfərini televiziya ekranlarından diqqətlə izlədim. Adam, həqiqətən, böyük qürur hissi keçirir. Mən Prezidentimizi əsl qalib rəhbər kimi gördüm. Dövlət başçımız cənab Ərdoğanla Şuşanın məhəllələrini dolaşdığca, bu şəhərin vandal düşmənlərimiz tərəfindən vəhşicəsinə dağıdıldığını, tezliklə bərpa olunacağını bildirdi.

Bu görüşün ən maraqlı məqamı hər iki prezidentin Şuşa Bəyannaməsini imzaladığı anlar oldu. Xalqlarımızın və ölkələrimizin həyatında tarixi əhəmiyyət daşıyan bu sənəd Qars müqaviləsinin qəbulundan 100 il sonra müdafiə sənayesi və qarşılıqlı hərbi yardımı da nəzərdə tutan vəzifələri müəyyən etməklə müştərək gələcəyimizə tam təminat verəcəkdir. Şuşa Bəyannaməsi iki qardaş ölkə arasındakı strateji tərəfdaşılığı gücləndirməklə iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacaq.

Prezidentlər Şuşada mətbuata açıqla­ma verdilər. Dövlət başçımız çıxışında dedi: “Bu gün Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları bizim birliyimizi göstərir. İkinci Qarabağ müharibəsi başlanan gündən, ilk saatlardan əziz qardaşım, sayın Cümhur­başqanı Rəcəb Tayyib Ərdoğan Azərbaycana birmənalı, dəqiq və açıq dəstək ifadə etmiş­dir. Müharibənin ilk saatlarından o demişdir ki, Azərbaycan tək deyil. Bu, həm bizi ruhlan­dırdı, eyni zamanda, müdaxilə etmək fikrində olan bütün qüvvələri, dairələri dayandırdı, durdurdu. Dedi ki, Türkiyə Azərbaycanın yanındadır və müharibənin ilk saatlarından son dəqiqələrinə qədər əziz qardaşımın və Türkiyə Cümhuriyyətinin, qardaş türk xalqının dəstəyi bizə əlavə güc verirdi.”

Bəli, biz Türkiyənin mənəvi dəstəyi ilə düşmənə qalib gəldik və imzalanan yeni bəyanat bu qələbənin möhkəmlənməsi yolun­da əhəmiyyətli addımdır.

Şuşa Bəyannaməsi iki qardaş ölkə arasın­dakı strateji tərəfdaşılığı gücləndirməklə, iqtisadi sahədə yeni əməkdaşlıq imkanları yaradacağı şübhəsizdir.

Ümumiyyətlə, Türkiyə Prezidentinin Azərbaycana budəfəki səfərini çox mühüm tarixi hadisə kimi qiymətləndirirəm.

Rafiq NOVRUZOV,

Bakı Slavyan Universitetinin prorektoru, professor

17 İyun 2021 06:03 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə