Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 № 173                  Bakı şəhəri, 16 iyun 2021-ci il

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respubli­kası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

“Sanitariya-epidemioloji sa­lamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan Res­publikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandıqda karantin-təşkilat, pro­filaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldı­rılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:

1. 2.5-1.1-ci bəndə “vətəndaşlarına” sözündən sonra “və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə” sözləri əlavə edilsin.

2. Aşağıdakı məzmunda 2.5-2-ci bənd əlavə edilsin:

“2.5-2. 2021-ci il 21 iyun tarixindən hava nəqliyyatı vasitəsilə aşağıdakı ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan vətəndaşlığı olma­yan şəxslərin Azərbaycan Respub­likasına giriş-çıxışına bu Qərarın 2.5-1.1-ci və 2.5-1.3-cü bəndlərinin tələbləri nəzərə alınmaqla icazə verilir:

2.5-2.1. Amerika Birləşmiş Ştatları;

2.5-2.2. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı;

2.5-2.3. Macarıstan Respubli­kası;

2.5-2.4. İsrail Dövləti;

2.5-2.5. Birləşmiş Ərəb Əmirlikləri;

2.5-2.6. Bəhreyn Krallığı;

2.5-2.7. Qətər Krallığı.”.

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə