Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 № 172                         Bakı şəhəri, 16 iyun 2021-ci il

“Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarında dəyişiklik edilməsi haq­qında

“Sanitariya-epidemioloji salamat­lıq haqqında” Azərbaycan Respub­likası Qanununun 25-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yaran­dıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi dövründə sanitariya vəziyyətinin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 160 nömrəli Qərarının (Azərbaycan Respublika­sının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 631, № 8, maddə 1096) 1.7-ci bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 1.8-ci və 1.9-cu bəndlər əlavə edilsin:

“1.8. idman və sağlamlıq-bərpa obyektlərinin fəaliyyəti;

1.9. ibadət yerlərinin fəaliyyəti.”.

2. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi “Sanita­riya-epidemioloji salamatlıq haqqın­da” Azərbaycan Respub-likası Qanu­nunun 3-cü maddəsinin tələblərinə uyğun olaraq aşağıdakı metodiki göstərişləri təsdiq etsin:

2.1. “İdman və sağlamlıq-bərpa obyektlərində koronavirus (COVID-19) infeksiyasının idarə olun­masına dair metodiki göstərişlər”;

2.2. “İbadət yerlərində korona­virus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”.

3. Müəyyən edilsin ki, idman və sağlamlıq-bərpa obyektlərinin və ibadət yerlərinin fəaliyyəti bu Qərarın 2-ci hissəsi ilə təsdiq edilən metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunur.

 

Əli ƏSƏDOV

Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə