Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

 

 № 171                         Bakı şəhəri, 14 iyun 2021-ci il

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydalarının təsdiq edilməsi haqqında” 2002-ci il 29 may tarixli 87 nömrəli və “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin təsdiq edilməsi haqqında” 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Resp ublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2002-ci il 29 may tarixli 87 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 5, maddə 324) ilə təsdiq edilmiş “İnteqrasiya təlimli təhsil müəssisələrində təhsilin təşkili Qaydaları”nın 9-cu hissəsi aşağı­dakı redaksiyada verilsin:

“9. İnteqrasiya təlimli təhsil müəssisələrinin xüsusi təhsil üzrə tədris proqramlarını uğurla mənimsəyən şəxslər psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə həmin müəssisənin ümumtəhsil sinfinə və ya digər ümumi təhsil müəssisələrinə köçürülə bilərlər.”.

2. Azərbaycan Respublikası Nazirlər Kabine­tinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 1, maddə 58; 2012, № 1, maddə 34, № 10, maddə 1007; 2014, № 10, maddə 1329; 2015, № 12, maddə 1562; 2016, № 7, maddə 1351, № 10, maddə 1717; 2017, № 4, maddə 612, № 12 (II kitab), maddələr 2519, 2535; 2018, № 5, maddə 1144, № 11, maddə 2429; 2019, № 12, maddə 2099; 2020, № 2, maddələr 211, 216, № 3, maddə 350) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 11.2-ci bəndində “medalların” sözü “nişanların” sözü ilə əvəz edilsin.

 

Əli ƏSƏDOV

 Azərbaycan Respublikasının Baş naziri

NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə