Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərkosmos” “GLEX 2021” tədbirində təmsil olunur

 

 

Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyevin rəhbərliyi ilə “Azərkosmos”un nümayəndə heyəti Rusiyanın Sankt-Peterburq şəhərində Beynəlxalq Astronavtika Federasiyasının qlobal kosmik tədqiqat üzrə keçirilən “GLEX 2021” tədbirində iştirak edir.

 

Nazirlikdən verilən məlumatda bildirilir ki, tədbir kosmonavt Yuri Qaqarinin bəşəriyyət üçün yeni bir dövrün başlanğıc simvolu sa­yılan kosmik uçuşunun 60-cı ildönümünə həsr olunub.

“GLEX 2021”də Azərbaycanın kosmik sənayesinin tarixindən, son 10 ildə ölkəmizin kosmik sahədə fəaliyyətindən, zəngin tarixindən, mədəniyyətindən və turizm potensialından bəhs edən stend, təqdimat və video roliklər nümayiş olunur.

Tədbirin açılış mərasimində nəqliyyat, rabitə və yüksək texnologi­yalar naziri Rəşad Nəbiyev bu ilin aprel ayında cənab Prezident İlham Əliyevin imzaladığı Fərman əsasında yaradılan “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxsi haqqın­da danışıb. Nazir bildirib ki, “Azərbaycan Respublika­sının Kosmik Agentliyi”nin fəaliyyəti qlobal və regional səviyyədə kosmik diplomatiya və tərəfdaşlığın qurulması, kosmik elm, təhsil və sənaye sahələrində davamlı formada bilik və bacarıqların artırıl­ması, habelə telekommuni­kasiya və Yer müşahidəsi xidmətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün möhkəm zəmin yaradacaq.

Nazir 2023-cü ildə paytaxtımızda keçiriləcək 74-cü Beynəlxalq Astronav­tika Konqresinin ölkəmizdə, xüsusilə regionda kosmik sahənin inkişafına “yeni nəfəs” gətirəcəyinə əminliyini ifadə edib.

“GLEX 2021” platforması vasitəsilə beynəlxalq kosmik ictimaiyyət və tədbirin qo­naqları 2023-cü ildə Bakıda keçiriləcək Beynəlxalq Ast­ronavtika Konqresinə dəvət olunub.

Qeyd edək ki, kosmik ictimaiyyəti bir araya gətirən “GLEX 2021” tədbirində Beynəlxalq Astronavtika Federasiyasına üzv olan dövlətlərin – Azərbaycan, Türkiyə, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Avstriya, Fransa, Norveç, Belçika, Polşa, Almaniya, İtaliya, Malayziya, Meksikanın kos­mik agentlikləri, o cümlədən kosmik missiyaları həyata keçirən kosmonavtların iştira­kı ilə plenar və silsilə sessi­yalar keçirilir. Bu platforma ölkəmiz üçün kosmik sahə üzrə qlobal səviyyədə yeni əməkdaşlığın, kosmosdan həm sülh, həm də kommer­siya məqsədilə potensial tərəfdaşlarla qarşılıqlı işgüzar münasibətlərin qurulması baxımından geniş imkanlar yaradır.

“GLEX 2021” tədbiri kosmik sahə üzrə tədqiqatlar və yeni missiyalar mövzula­rını əhatə edən toplantılarla iyunun 18-nə qədər davam edəcək.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

17 İyun 2021 06:04 - TEXNİKA
TEXNİKA
14 İyul 2021 | 00:08
Yeni model istehsal olunub

Köhnə versiyamızdan xəbərləri izlə