Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ADA Universitetində keçirilən silsilə seminarlara ikinci qrup media nümayəndələri qoşulublar

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisa­sartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən “Medi­ada islahatlara doğru” mövzu­sunda silsilə seminarlar davam edir.

"Xalq qəzeti" xəbər verir ki, iyunun 16-da seminarlara ikinci qrup media nümayəndələri – çap, onlayn media və internet televiziyalarının təmsilçiləri qoşulublar.

 

ADA Universitetinin prorek­tor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb.

Sonra Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov “Media haqqında” qanun layihəsi: yeni imkanlar və istiqamətlər" mövzusunda çıxış edib.

Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verən Ə.İsmayılov bildirib ki, yeni sənəd media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlan­masını nəzərdə tutur. Vur­ğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.

Daha sonra seminar iştirakçıları ilə qanun layihəsi ətrafında müzakirələr aparılıb.

Seminar ADA Universi­tetinin İctimai və Beynəlxalq münasibətlər məktəbinin müəllimi Şəfəq Mehrəliyevanın “Müasir media mühitinə baxış” mövzusunda məruzəsi ilə davam edib.

Qeyd edək ki, seminarla­rın təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində inno­vativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iş­tirakçılar qarşısında həm yerli, həm də xarici, o cümlədən, "Al Jazeera" və "Haber Global"ın mütəxəssisləri təcrübələrini bölüşəcəklər.

17 İyun 2021 05:16 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə