Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Ədəbiyyat həmişə ən vacib söz azadlığı platforması olub” – ADA Universitetində şeir gecəsi keçirilib

 

 

ADA Universitetinin parkında “Ədəbiyyat bu gün və onun milli dirçəlişdəki rolu” mövzusunda şeir gecəsi keçirilib.

Universitetdən "Xalq qəzeti"nə verilən məlumata görə, gecə ADA Universitetinin və “Baku Book Center”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.

Mərkəzin direktoru Günel Anarqızı və ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən görüşün qonaqları Xalq yazıçısı Anar Rzayev və Xalq şairi Sabir Rüstəmxanlı olub.

Milli Qurtuluş Günündə keçirilən gecədə ADA Universitetinin rəhbərliyi, tələbələr və məzunlar, dövlət və özəl qurumların təmsilçiləri, eləcə də Azərbaycan Yazıçılar Birliyinin nümayəndələri iştirak ediblər.

ADA Universitetinin rektoru Hafiz Paşayev bu cür tədbirlərin tələbələrin mənəvi inkişafının gücləndirilməsinə töhfə verdiyini və ənənəvi olmasının vacibliyini diqqətə çatdırıb.

Ümummilli lider Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasın­dakı rolunu vurğulayan Anar və Sabir Rüstəmxanlı qeyd ediblər ki, insanlar bütün zamanlarda azadlıq düşüncələrini sözlə ifadə edib və məhz ədəbiyyat həmişə ən vacib söz azadlığı platforma­sı olub. 44 günlük Vətən müharibəsinə, Qarabağ mövzusuna toxunarkən, qonaqlar bu mövzunun Azərbaycan ədəbiyyatının, söz-sənət adamlarının daim diqqətdə saxladığı məsələ olduğu­nu bildirdilər.

Qonaqlar qeyd ediblər ki, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad olunması Azərbaycan xalqı­nın özünəinamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi.

Ədəbi hissə ilə davam edən tədbirdə ADA Universitetinin tələbələri Azərbaycan, ingilis və rus dillərində yaz­dıqları və Vətənə həsr etdiyi şeirlərini söylədilər.

17 İyun 2021 05:15 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə