Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı Olimpiya Stadionunda Avropa çempionatının final mərhələsinin Türkiyə-Uels matçı keçirilib Azərbaycan və Türkiyə prezidentləri oyuna baxıblar

“Avro-2020”nin A qrupunda yer alan Türkiyə milli komandası iyunun 16-da Bakı Olimpiya Stadionunda Uels yığması ilə qarşılaşıb.

"Xalq qəzeti" xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan oyuna baxıblar.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva Avropa Futbol Federasiyaları Assosiasiyasının (UEFA) prezidenti Aleksander Çeferin ilə görüşüblər.

Oyun başa çatandan sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Prezident Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı yola saldılar.

 

16 İyun 2021 22:54 - İDMAN
İDMAN
24 İyul 2021 | 00:40
Veynaldum PSJ-yə keçib

Köhnə versiyamızdan xəbərləri izlə