Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda karantin qaydalarını pozan restoranın icarədarı cərimələnib

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

"Xalq qəzeti" xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin məlumatında bildirilir.

Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

16 İyun 2021 19:42 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə