Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ticarət və xidmət sahələrində geyim dəyişmə otaqlarından istifadə qadağan edilib

Ticarət obyektlərində geyim satışı zamanı dəyişmə otaqlarından istifadə qadağandır.

"Xalq qəzeti" xəbər verir ki, bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

Kosmetika və ətriyyat satışı zamanı isə nümunə üçün ayrılmış kosmetik vasitələrin istifadəsi qadağan edilib.

Sənədə əsasən, qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti zamanı isə müştəri tərəfdən əşyaya toxunmazdan əvvəl və sonra əllər dezinfeksiya edilməlidir.

Qeyd edək ki, bu tələblər səhiyyə nazirinin müavini, Respublikanın baş dövlət sanitariya həkiminin 2021-ci il 07 iyun tarixli 01 nömrəli Qərarı ilə təsdiq edilib.

16 İyun 2021 19:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə