Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

UEFA prezidenti Türkiyə - Uels oyununu izləmək üçün Bakıya gəlib

UEFA-nın prezidenti Aleksander Çeferin Bakıya gəlib.

"Xalq qəzeti" xəbər verir ki, sloveniyalı qurum başçısı AVRO-2020-nin Türkiyə - Uels oyununu izləyəcək.

Bu görüş Bakı Olimpiya Stadionunda keçiriləcək. A qrupu çərçivəsində baş tutacaq bu qarşılaşma AVRO-2020-nin ölkəmizdəki ikinci oyunu olacaq. 4 gün öncə Uels və İsveçrə arasında matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.

16 İyun 2021 18:41 - İDMAN
İDMAN
1 Avqust 2021 | 01:26
Müqavilə yenilənib

Köhnə versiyamızdan xəbərləri izlə