Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Cenevrədə Cozef Bayden və Vladimir Putinin görüşü keçirilir

Cenevrənin “La Grange” villasında ABŞ Prezidenti Cozef Bayden və Rusiya lideri Vladimir Putin arasında ilk sammit keçirilir.

"Xalq qəzeti" xəbər verir ki, prezidentlərin görüşü villanın birinci mərtəbəsindəki kitabxana zalında dar çərçivədə başlayıb. Sammitdən öncə ABŞ və Rusiya liderləri binanın eyvanında İsveçrə Prezidenti Gi Parmelinlə şəkil çəkdirib.

Bir müddət öncə danışıqların üç hissədən - çay və qəhvə fasilələri ilə biri dar, digər ikisi isə geniş formatdan ibarət olacağı barədə məlumat yayılıb. Görüşdə, həmçinin ABŞ-ın Dövlət katibi Entoni Blinken və Rusiya Xarici İşlər naziri Sergey Lavrov da iştirak edəcək.

Cozef Bayden və Vladimir Putin strateji sabitlik, COVID-19 infeksiyası ilə mübarizə, kiber cinayətkarlığa qarşı mübarizədə əməkdaşlıq, həmçinin Yaxın Şərq, Ukrayna və Qarabağda vəziyyət daxil olmaqla regional problemlər barədə danışacaqlar.

Sammitdən sonra birgə mətbuat konfransı nəzərdə tutulmayıb. Dövlət başçılarınin jurnalistlər qarşısında təklikdə çıxış edəcəyi gözlənilir.

16 İyun 2021 16:44 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
19 Sentyabr 2021 | 00:21
Kosmonavtlar Yerə qayıdıblar
18 Sentyabr 2021 | 23:24
Qasırğa fəsadlar törədib
18 Sentyabr 2021 | 23:24
Mum heykəllər muzeyi açılacaq

Köhnə versiyamızdan xəbərləri izlə