Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“SABAH” qruplarına müəllim seçimi aparılır

Təhsil Nazirliyinin “SABAH” qruplarında 2021-2022-ci tədris ilinin payız semestrində müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə professor-müəllim heyəti və mütəxəssislərin işə qəbulu ilə əlaqədar müsabiqə elan edilib.

Bu barədə "Xalq qəzeti"nə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə magistr dərəcəsi, yüksək səviyyədə İKT və sahə bilikləri olan, innovativ tədris metodlarından istifadə etməyi bacaran, eyni zamanda, müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyətcil namizədlər iştirak edə bilərlər.

Qeyd edilən tələblərə cavab verən namizədlər iyunun 22-dək müraciət formasını doldurmalıdırlar. Müvafiq fənlər üzrə vakant yerlərin siyahısı müraciət formasında qeyd edilib. Hər bir namizəd ixtisasına uyğun vakant yerlər üzrə ən çox iki fənn üçün müraciət edə bilər.

Müsabiqə barədə ətraflı məlumatı Təhsil Nazirliyinin rəsmi saytından əldə etmək olar.

16 İyun 2021 16:17 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə