Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Şuşa Bəyannaməsi: Azərbaycan və Türkiyə xalqları arasında sıx əlaqələri daha da dərinləşdirmək üçün lazımi dövlət dəstəyi göstəriləcək

Şuşa Bəyannaməsində Azərbaycan və Türkiyə vətəndaşlarının bu iki dövlətin ərazisinə şəxsiyyət vəsiqəsi ilə səyahət etmələri haqqında əldə edilən razılaşmadan məmnunluq ifadə edilir.

"Xalq qəzeti" xəbər verir ki, sənəddə həmin razılaşmanın xalqlarımız arasında yaxınlıq və insanlar arasında əlaqələr baxımından müstəsna əhəmiyyəti qeyd olunaraq, bir Tərəfin vətəndaşlarının digər Tərəfin ərazisində yaşamaq hüququ əldə etmələrini qarşılılıq prinsipinə uyğun olaraq asanlaşdırmaq üçün müvafiq tədbirlər görülməsi təqdir olunur.

“Tərəflər lazımi dövlət dəstəyini təmin edərək xalqları arasında müştərək dəyərlərə söykənən sıx əlaqələri humanitar, sosial müdafiə, elm, təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində daha da inkişaf etdirəcək və dərinləşdirəcəklər. Bu məqsədlə iki ölkənin aidiyyəti qurumları tərəfindən birgə davamlı fəaliyyətlər həyata keçiriləcəkdir”, - deyə Bəyannamədə bildirilir.

16 İyun 2021 15:39 - SİYASƏT
SİYASƏT
5 Avqust 2021 | 00:38
Şərəf, qeyrət zirvəsi

Köhnə versiyamızdan xəbərləri izlə