Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Milli Qurtuluşdan milli qürur günümüzə uzanan yol

Xalqımızın təkidli ilə 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri, həmin il oktyabrın 11-də isə Azərbaycan Prezidenti seçilib. Beləliklə, ulu öndərin siyasi hakimiyyətə qayıdışı tariximizə Milli Qurtuluş Günü kimi daxil olub.

Bu ilin 15 iyun tarixi isə artıq bu silsilədən ölkəmiz üçün ən yeni tariximizin qızıl səhifəsi kimi yazıldı. Məhz həmin gün Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin Türkiyə Cümhurbaşkanı Rəcəb Tayyib Ərdoğanın Şuşada rəsmi görüşü Milli Qurtuluşun milli qürurla qovuşduğu bir hadisədir .

Müasir Azərbaycan inkişafının yeni tarixi  mərhələsini yaşayır. Ölkəmizin pandemiya dövrü ugurlu  sosial inkişaf prioritetləri və beynəlxalq münasibətlər strategiyası  ilə məqsədyönlü  və düzgün istiqamətlərə səfərbər olunmuşdur.  Bu baxımdan Türkiyə– Azərbaycan münasibətləri  nəinki bir millət, iki dövlətin, eləcə də regionun təhlükəsizliyi üçün vacib əhəmiyyət kəsb edir. Daha geniş mənada bura beynəlxalq təhlükəsizlik amilləri də daxildir.  Qonşü Rusiyanın regionda sülhməramlı rolunun formalşma prosesi, xüsusilə prezident Vladimir Putinin  sülhə, yeni əməkdaşlığa çağırışlarının səmərəli nəticəsi  bu dövlətin  gələcək beynəlxalq sülhməramlı rolunda tarixi hadisə ola bilər.

Onu da qeyd edim ki, pandemiya şəraiti kimi ağır bir dünya böhranı dövründə təhlükəsizlik təminatına dialoq axtarışlarının da bazisi məhz Şuşadan başlanır. Belə ideoloji konsepsiyanın nəzəri əsalarını isə Azərbaycan Respublikası Prezidentinin multikultural siyasət konsepsiyası təşkil edir.

Xalqımız  dövlətçiliyin və milli birliyin qorunmasının yeni tarixi mərhələsinə qədəm qoyur. Ölkə başçısı İlham Əliyev həyata keçirdiyi xarici siyasət platformalarında hər zaman Qarabağın işğaldan azad edilməsi, məcburi köçkünlərin doğma torpaqlara qaytarılması və nəticədə regionda sülhün bərqərar edilməsi prinsiplərini   diqqətdə saxlayıb. Bu gün həmin siyası kursun davamını  təhlükəsiz, sosial-iqtisadi və mədəni-ekoloji  baxımdan əhəmiyyətli dərəcədə inkişaf edəcək  Qarabağa Böyük Qayıdış srategiyası təşkil edir. Məhz iyunun 15-də reallaşan

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan görüşü müasir Azərbaycanın yeni tarixinə Milli Qurtuluşun milli qürurla qovuşduğu gün olaraq daxil olacaq. Bu baxımdan 15 iyun tarixinin də məhz Milli Qurtuluş və Milli Qürur Günü kimi  qeyd olunması zərurətdir.

 

Hüseyn İBRAHİMOV,

fəlsəfə doktoru,

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı,

Rusiya Fəlsəfə Cəmiyyətinin üzvü

16 İyun 2021 15:05 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə