Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ursula fon der Lyayen: “Böyük yeddilər”də etimad bərpa olunub

 

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen “Euronews” agentliyinin müxbirinə dünyanın yeddi zəngin ölkəsinin liderinin Böyük Britaniyada iki gün əvvəl başa çatmış sammiti ilə bağlı eksklüziv müsahibə verib.

 

Qeyd edək ki, “Böyük yeddilər” klubuna ABŞ, Kanada, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya və Yaponiya daxildir. Sammitdə Avstraliya, Cənubi Afrika və Cənubi Koreya respublika­larının liderləri, o cümlədən Avropa İttifaqı Şurasının pre­zidenti Şarı Mişel və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen iştirak ediblər. Hindistanın Baş naziri müzakirələrə videofor­matda qatılıb.

Xanım Lyayen sammi­tin qarşıya qoyulan əsas hədəflərə nail olduğunu bildi­rib. Deyib ki, ən böyük uğur budur ki, “Böyük yeddilər” arasında inam və etimad bərpa olunub. Klubun üzvləri ümumi dəyərləri bölüşürlər. Onların maraqları bir-birinə yaxındır. Liderlər çağdaş dönəmdə qlobal ekoloji və iqtisadi problemlər, eləcə də rəqəmsal cəmiyyətin çağı­rışları ilə bağlı məsuliyyəti öz üzərlərinə götürməyə hazırdırlar.

Avropa Komissiyasının prezidenti sonra bildirib ki, “Böyük yeddilər” dünyanın bir çox regionlarında Çinin artan təsirlərinin qarşısını almaq üçün yeni infrastruktur təşəbbüsləri icra etməyi plan­laşdırırlar. Onun sözlərinə görə, sivil, inkişaf etməkdə olan ölkələr üçün demokratik dünya ilə sıx əməkdaşlıq etmək avtoritar Çinlə əlaqələr qurmaqdan daha faydalıdır. Ona görə ki, rəsmi Pekin tərəfdaşlarını öz təsiri altına salmağa çalışır.

Ursula fon der Lyayen müsahibənin sonunda Böyük Britaniyanın Aİ-ni tərk etməsindən sonra Şimali İrlandiyanin Avropa ilə ticarət və gömrük əlaqələri ilə bağlı rəsmi London ilə Brüssel ara­sında yaranmış problemlərin tezliklə həll olunacağına ümid etdiyini bildirib.

M.HACIXANLI, “Xalq qəzeti”

15 İyun 2021 01:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə