Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya kibercinayətkarların bağlı eksklüziv müsahibə verib. qarşılıqlı təhvil verilməsinə hazırdır

Moskva kibercinayətkarları Vaşinqtona verməyə hazırdır, amma bunun üçün ikitərəfli razılaşma əldə olunmalı və ABŞ da analoji addımlar atmalıdır. Belə bir bəyanatla Rusiya Prezidenti Vladimir Putin “Moskva. Kreml. Putin” proqramına müsahibəsində çıxış edib. Məlumatı “İnterfaks.ru” verib.

 

Putin deyib: “Belə razılaşmalar müvafiq dövlət sənədlərində əks olunur və bu sənədlərlə, sazişlərlə, müqavilələrlə tərəflər üzərlərinə müəyyən öhdəliklər götürürlər. Belə hallarda əksərən tərəflər öz üzərlərinə eyni öhdəlikləri götürürlər”.

Rusiya Prezidenti əlavə edib ki, əgər cinayətkarların təhvil verilməsi ilə bağlı razılaşma olsa, Rusiya buna gedəcək: “Amma bu, o halda olacaq ki, qarşı tərəf, hazırkı halda ABŞ da bunu etməyə razılıq verəcək və müvafiq cinayətkarları Rusiya Fede­rasiyasına təhvil verəcək”.

Putin bildirib ki, kibertəhlükəsizlik bu gün ən vacib məsələlərdən biridir. Çünki “bütöv sistemlərdən əlaqə üzmək çox ağır nəticələrə gətirib çıxarır və görünür ki, bu mümkündür”.

Rusiya liderinin sözlərinə görə, ABŞ Prezidenti Co Baydenlə görüşdən şəxsi əlaqələrin, münasibətlərin, birbaşa dialoqun bərpasını, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə real fəaliyyət göstərən mexanizmlərin yara­dılmasını gözləyir.

Qeyd edək ki, G-7 sammitinin nəticələri ilə bağlı mətbuat konfransında Bayden də bəyan edib ki, öz ölkəsində Rusiya əleyhinə cinayətlər törədənləri məsuliyyətə cəlb etməyə ha­zırdır. Onun sözlərinə görə, Putinin cinayətkarları ABŞ-a verməyə hazır olmasından xəbərdardır: “Bu, potensial olaraq tərəqqi əlamətidir”.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas- Qrinfild də bildirmişdi ki, Bayden Putindən Rusiya ərazisində fəaliyyətdə olan hakerlərə qarşı qəti tədbirlər görülməsini tələb edəcək.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

15 İyun 2021 01:38 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
25 İyul 2021 | 01:01
BOK-un açıqlaması

Köhnə versiyamızdan xəbərləri izlə