Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qəbələ rayonda bu günədək 7 min 800 hektar sahəyə taxıl səpilib

Qəbələ RİH-in  saytında verilən məlumata görə,  Qəbələ rayonunun təsərrüfatlarında 2019-cu ilin məhsulu üçün 20 min 100 hektar sahədə payızlıq dənlərin səpini proqnozlaşdırılır.

Hazırda təsərrüfatlarda taxıl səpini mütəşəkkil qaydada davam etdirilir. Fermerlər bu günədək 4 min hektar sahəyə arpa, 3 min 800 hektara isə buğda səpiblər. Payızlıq dənlərin səpini üçün indiyədək 19 min 200 hektar sahədə şum aparılıb və bu iş davam etdirilir. Səpin üçün 4 min ton toxum fondu ayrılıb. Taxıl səpininə 65 ədəd şum traktoru, 35 ədəd taxılsəpən aqreqat və digər texnika cəlb olunub. Fermerlər payız səpinini noyabrın sonunadək başa çatdırmaq üçün bütün qüvvələri səfərbər ediblər.

Builki mövsümdə fermerlər 20 min 100 hektar taxıl sahəsindən 64 min 464 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 32,2 sentner məhsul götürülüb.

 

İsaq Əmənullayev,
“Xalq qəzeti”

3 Noyabr 2018 16:25 - CƏMİYYƏT
CƏMİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə