Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi abadlıq işlərinin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 

Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.

Lot - 1. Abadlıq işlərinin satın alınması.

Müqavilənin yerinə yetirilmə müddəti 2021-ci il dekabrın 31-nə kimidir.

Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək lazımdır. Əlaqələndirici şəxs- Mehti Əsədullayev.

Ünvan- Ağcabədi rayonu,Taxta Körpü qəsəbəsi.

E-mail: [email protected]

Telefon- 050-440- 59 – 39 .

Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron müraciət etdikdən və aşa­ğıda qeyd olunan hesaba 100 (bir yüz ) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır.

Bank rekvizitləri-

• H/h- AZ86AİİB32051019449200201192

• VÖEN-6200038401

• Bank- “Kapital Bank”ın Laçın rayon filialı

• VÖEN- 9900003611

• Kod- 200929

• M/h- AZ37NABZ 01350100000000001944

• S.W.İ.F.T: AIIBAZ 2X

Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşa­ğıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:

-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);

-tender təklifinin birinci əlavəsi kimi ten­der təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);

-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. Bu sənədlərə aşağıdakılar daxildir:

-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;

-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir);

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqanlarından arayışlar;

- Vergilər Nazirliyi tərəfindən həmin iddi­açıların işçilərinin sayı, əmlakları, avadanlıq­ları və lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış;

- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;

-iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.

Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 8 iyul 2021-ci il saat 17.00-a kimi tender komis­siyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron təqdim etməlidirlər.

Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 16 iyul 2021-ci il saat 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.

Göstərilən tarixdən gec təqdim edilən təkliflər dövlət satınalmalarının vahid inter­net portalı vasitəsilə qəbul olunmayacaqdır.

Tender təklifi zərfləri 19 iyul 2021-ci il saat 17.00-da elektron portal vasitəsilə açılacaqdır.

15 İyun 2021 01:24 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2021 | 08:41
BİLDİRİŞ
23 İyul 2021 | 06:40
BİLDİRİŞ
23 İyul 2021 | 06:38
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə