Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azəristiliktəchizat” ASC AÇIQ TENDER ELAN EDİR

“Azəristiliktəchizat” ASC

istilik və isti su təchizatı xidmətləri ilə bağlı əhali və qeyri-əhali istehlakçılara verilən məlumatların proaktiv formatda çatdırılması, borclar və digər məlumatlar haqqında bildirişlərin göndərilməsinin funksional olaraq elektronlaşdırılmasının satın alınması məqsədilə

AÇIQ TENDER ELAN EDIR

 

Tender 1 lot üzrə keçirilir.

Lot-1. İstilik və isti su təchizatı xidmətləri ilə bağlı əhali və qeyri-əhali istehlakçılara verilən məlumatların proaktiv formatda çat­dırılması, borclar və digər məlumatlar haqqında bildirişlərin göndərilməsinin funksional olaraq elektronlaşdırılma­sının satın alınması.

Tender iştirakçıları dövlət satınal­malarının https:/www.etender.gov.az vahid internet portalına (portal) elekt­ron imzaları vasitəsi ilə daxil olmaqla tender haqqında ətraflı məlumatı əldə edə bilərlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Təkliflərin qiymətləndirilməsində analoji işlərdə təcrübəyə, maliyyə vəziyyətinə, aşağı qiymət, yüksək keyfiyyət və müqavilənin vaxtında yerinə yetirilməsi üçün zəruri potensi­al meyarlara üstünlük veriləcəkdir.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən son­ra müsabiqə üçün təkliflərini portal vasitəsi ilə təqdim edə bilərlər.

İştirak haqqı 100 manatdır.

İştirak haqqı heç bir halda geri qaytarılmır.

H/h- AZ62Aİ­İB33010019442200226122

VÖEN- 1700531291

“Kapital Bank”ın Qaradağ filialı

Kod- 200220

VÖEN- 9900003611

M/h- AZ­37NABZ01350100000000001944

SWİFT- AİİBAZ2X

İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid vaxtı keçmiş öhdəliklərin olma­ması haqqında müvafiq vergi orqa­nından arayış;

-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Tender proseduru “Dövlət sa­tınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderlə bağ­lı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər.

İddiaçılar tenderdə iştirak üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna ol­maqla) 7 iyul 2021-ci il saat 12.00-a, tender təklifi və bank təminatını isə 15 iyul 2021-ci il saat 12.00-a qədər portal vasitəsi ilə təqdim etməlidirlər.

İddiaçıların təklifləri 16 iyul 2021-ci il saat 12.00-da açılacaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.

Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.

Tender komissiyası

 

15 İyun 2021 01:21 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 İyul 2021 | 08:41
BİLDİRİŞ
23 İyul 2021 | 06:40
BİLDİRİŞ
23 İyul 2021 | 06:38
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə