Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar başlayıb

 

 

İyunun 14-də Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin və “ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə “Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlara başlanıb.

"Xalq qəzeti" xəbər verir ki, birgə seminarın təşkil olunmasında məqsəd media nümayəndələri arasında təcrübə mübadiləsinin aparılmasıdır.

Seminar silsiləsinin açılış mərasimində çıxış edən Medi­anın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə və bu ali təhsil ocağının prorektor müavini Aygün Hacıyeva seminarın əhəmiyyətindən danışıblar.

Sonra Əhməd İsmayılov tərəfindən media nümayəndələri ilə “Media haqqında” Qanun layihəsi: yeni imkanlar və istiqamətlər” möv­zusunda müzakirə aparılıb. Qanun layihəsində yer alan müddəalar barədə media nümayəndələrinə ətraflı məlumat verilib. Bildirilib ki, yeni qanun layihəsi media sahəsində ictimai münasibətlər sistemini tənzimləyən yeni normativ hüquqi aktın hazırlanmasını nəzərdə tutur. Vurğulanıb ki, qanun layihəsinin əsas məqsədi bütün media subyektlərinin, o cümlədən yeni yaranmış onlayn media subyektlərinin də fəaliyyətinin və hüquqlarının müəyyən olunmasıdır.

Qeyd edək ki, iyunun 14-dən iyulun 10-dək davam edəcək semi­narlarda 75 media nümayəndəsinin iştirakı nəzərdə tutulub. Onlar hər qrup üzrə 25 nəfər olmaqla, 3 qrupa bölünərək həm yerli, həm də xarici mütəxəssislərlə təcrübə mübadiləsi aparacaqlar. Qonaqlar arasında “Al Jazeera” və “Haber Global”ın mütəxəssisləri də var.

15 İyun 2021 00:35 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə