Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir

 

 

Ermənistan Ağdam rayonunda basdırılan piyada və tank əleyhinə minaların xəritəsini Azərbaycana verib. Bu, minlərlə insa­nın təhlükəsizliyini təmin etmək, milyonlarla manat vəsaitə qənaət etmək deməkdir. Ağdam rayonu üzrə mina xəritəsinin Azərbaycana verilməsi dövlətimizin növbəti diplomatik zəfəridir. Bu xəritə əsasında Ermənistanın bir vaxtlar Ağdam rayonu ərazisində basdır­dığı 100 mindən çox minanın yerini müəyyən etmək mümkün olacaq. Bu isə minlərlə insanın təhlükəsizliyinin təmin edilməsi deməkdir.

Unutmaq olmaz ki, minalanmış ərazilərin xəritəsinin əldə edilməsi həmin minaların zərərsizləşdirilməsi prosesini də sürətləndirəcək, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün daha əlverişli zəmin yaradacaq. Biz bundan sonra həmin ərazilərdə abadlıq-quruculuq işlərinin daha sürətlə aparılmasına şahid olacağıq.

Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi ölkəmiz üçün iqtisadi baxımdan da faydalıdır. Belə ki, bu xəritənin əldə edilməsi ölkəmizə milyonlarla manat vəsaitə qənaət etməyə, həmçinin vəsaiti digər iqtisadi layihələrə yönəltməyə imkan verəcək. Çünki minaların axtarılması, onların yerinin müəyyən edilməsi və zərərsizləşdirilməsi prosesi təhlükəli olmaqla yanaşı, həm də böyük maliyyə vəsaiti tələb edən işdir. Bunun üçün müəyyən texnika, ixtisaslı kadrlar, çoxsaylı mütəxəssislər tələb edilir. Minalanmış ərazilərin xəritəsinin əldə edilməsi bizi bu xərclərin böyük hissəsindən azad edəcək. Bu isə həm də iqtisadi uduş deməkdir.

Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsinin dövlətimizə verilməsi mühüm diplomatik zəfərdir və milli dövlətçilik tariximizdə də məhz bu cür əks olunacağı şübhəsizdir.

Digər rayonlarımız üzrə də minalanmış ərazilərin xəritələrinin təhvil verilməsi dövlətimizin diqqətindədir və Ermənistan həmin xəritələri də ölkəmizə təhvil verməlidir. Bu, beynəlxalq hüququn tələbi olmaqla yanaşı, regionda sülhün, təhlükəsizliyin təminatı baxımından da olduqca vacibdir.

Cəlil XƏLİLOV,

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

15 İyun 2021 00:33 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə