Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avropa İttifaqı 15 erməninin qaytarılmasını və mina xəritələrinin Azərbaycana verilməsini alqışlayıb

Avropa İttifaqı saxlanılan 15 erməninin Gürcüstanın da vasitəçiliyi ilə Azərbaycan tərəfindən azad olunmasını və minalanmış ərazilərin xəritəsinin Ermənistan tərəfindən təqdim edilməsini alqışlayır. Bu barədə Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borelin açıqlamasında bildirilib.

Onun sözlərinə görə, bunlar Bakı və Yerevan tərəfindən mühüm humanitar addımlar və etimad yaradan jestlərdir. Aİ ümid edir ki, bu addımlar tərəflər arasında gələcək əməkdaşlığa və daha çox mülki insanlar arasında itkilərin qarşısını almaq üçün minalanmış ərazilərin xəritələrinin verilməsinə yol açacaq: “Avropa İttifaqı və digər beynəlxalq iştirakçılar bu istiqamətdə atılan addımları fəal şəkildə təşviq edir və bu məsələdə iştirak edən ölkələr arasında daha sıx əməkdaşlığa çağırırıq”.

Aİ-nin nümayəndəsi bildirib ki, Avropa İttifaqı sabitləşmə, münaqişədən sonrakı bərpa işləri və etimadın artırılması tədbirlərini dəstəkləyərək, münaqişənin davamlı və hərtərəfli həllini təşviq etməyə davam edəcək.

AZƏRTAC

15 İyun 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə