Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Seyid Abbas Musəvi: Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran edilib

 

Çox təəssüf edirəm ki, bu cür cənnət kimi yerlər viran qoyulub, burada heç nə qalmayıb. Məhz bu mənzərəyə görə Ağdam “Qafqazın Xrosiması” adlandırılır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri iyunun 13-də Ağdama səfər zamanı İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib.

İranın işğaldan azad olunmuş ərazilərimizdə quruculuq işlərinə və mina axtarışına dəstək verməyə hazır olduğunu söyləyən səfir əminliyini bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu yerlər yenidən qurulacaq, yeni, gözəl binalar tikiləcək.

15 İyun 2021 00:28 - SİYASƏT
SİYASƏT

Köhnə versiyamızdan xəbərləri izlə